SON XƏBƏRLƏR

SEPAH-ın yüksək rütbəli komandirlərinə sanksiya tətbiq edildi

2023.06.02, 11:19
SEPAH-ın yüksək rütbəli komandirlərinə sanksiya tətbiq edildi

Amerikanın Maliyyə Nazirliyi SEPAH-ın 3 üzvü və 2 agentinə sanksiya tətbiq edib. Nazirlik həmçinin Türkiyədə yerləşən Rey Hava Yollarını da sanksiyalar siyahısına salıb.

Gunaz.tv

Məlumata görə, İranın mülkiyyətində olan “Rey” Hava Yolları Cəmiyyəti SEPAH-ın gizli terror aktlarında bu təşkilata köməklik edib. 

Xatırladaq ki, Türkiyədə keçirilən terror aktları əsasən ABŞ vətəndaşlarına, ikili Amerika-İran vətəndaşlarına və bu ölkədə yaşayan İran müxaliflərinə qarşı keçirilir. 

SEPAH-ın sanksiya tətbiq olunmuş 3 üzvü Qüds qolunun komandiri Məhəmmədrza Ənnsari, Casusluğa Qarşı İdarəsinin keçmiş sədri Ruhulla Bazqəndi və Xarici İnformasiya Xidmətinin sədri Rza Siracdır.

Adam oğurluğunda, terror aktlarının hazırlanmasında, həmçinin SEPAH-ın İran müxaliflərinə qarşı məxfi əməliyyatlarına yardım etməkdə günahlandırılan Mehdi Rzayi kimi tanınan İran vətəndaşı Şahram Pursəfi və İran-Türkiyə vətəndaşı Hüseyn Hafiz Əminisanksiya da sanksiya siyahısına əlavə olunub.

Amerikanın maliyyə naziri müavini Brian Nelson verdiyi açıqlamada Amerikanın terrorçulara qarşı əzmlə mübarizə aparacağını vurğulayıb.

Qeyd edək ki, Şahram Pursəfi hal-hazırda FBI tərəfindən axtarışdadır. 

O, 300 min dollar müqabilində Con Boltona terror hazırlanmasında ittiham olunur.  

Pursəfinin ikinci məqsədi isə Mayk Pompeonun öldürülməsi planı olub. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar