SON XƏBƏRLƏR

İranın Bakıdakı Mədəniyyət Mərkəzi bağlandı

2023.06.02, 14:23
İranın Bakıdakı Mədəniyyət Mərkəzi bağlandı

İranın Bakıdakı "Mədəniyyət Mərkəzi"nin fəaliyyəti dayandırılıb. İran mediası bu hadisəyə geniş yer ayırıb.

Gunaz.tv

"İRNA" xəbər agentliyi mərkəzin bağlanmasını iki ölkə arasında yaranan fikir ayrılıqları ilə əlaqələndirib.

Azərbaycan hökumətinin hərəkətini "məntiqsiz" və "emosional" adlandıran İran tərəfi, İranın Bakıda çoxlu mülkləri olduğunu bildirib.

"İran hökumətinə məxsus mülklərlə bağlı atılan son addımlar Azərbaycan tərəfinin birtərəfli və tələsik bəhanələridir. Bu da təbii ki, dialoq vasitəsilə həll oluna bilər",- İRNA xəbər agentliyi adının çəkilməsini istəməyən İran rəsmisinə istinadən yazıb.

Qeyd edək ki, Azərbaycan hökumətinin bu addımı, İrana müxalif təşkilatlar və siyasi fəallar tərəfindən rəğbətlə qarşılanıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar