SON XƏBƏRLƏR

İranda daha 3 avropalı məhbus azadlığa buraxılıb

2023.06.03, 11:08
İranda daha 3 avropalı məhbus azadlığa buraxılıb

Daha 3 avropalı məhbus İranda həbsdən azad olunub. Bu barədə Belçika hökuməti məlumat yayıb.

Gunaz.tv

Belçika hökuməti bildirib ki, İranla məhbus müdabiləsi çərçivəsində 2 İran-Avstriya və 1 Danimarka vətəndaşı sərbəst buraxılıb.

Avstriyanın Xarici İşlər Nazirliyi 2 vətəndaşın Omanın vasitəçiliyi ilə azad olunduğunu bildirib.

Qeyd edək ki, azad olunanlar ikili vətəndaşlığı olan Kamran Qadiri və Məsud Müsahibdir.
 
Belçika dövlətinin sözçüsü iyunun 2-i bu barədə "Royters" xəbər agentliyinə bildirib.

Sözçü deyib ki, 3 Avropa vətəndaşı terrorçuluqda ittiham olunaraq həbsə atılmış iranlı diplomat Əsədulla Əsədinin sərbəst buraxılması qarşılığında azad edilib.

Brüseelin yaydığı bəyanatda İranda danimarkalının qadın haqları ilə əlaqədədar nümayişlər zamanı saxlanıldığı bildirilir. 

Kamran Qadiri və Məsud Müsahibin də 2016-cı və 2019-cu ilin yanvarında İranda saxlanıldığı qeyd olunub.

"Biz İranda haqsız olaraq həbsə atılmış avropalıların azad olunmasına çalışırıq. Onlara qarşı humanist davranışa əməl olunmasına nəzarət edəcəyik"-bunu Belçkianın baş naziri Aleksandr De Kro öz tvviter hesabında yazıb.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar