SON XƏBƏRLƏR

Amerika İranın məşhur internet şirkətinə sanksiya qoydu

2023.06.03, 11:37
Amerika İranın məşhur internet şirkətinə sanksiya qoydu

Amerika İranın məşhur internet şirkəti olan “Əbr Arvan” cəmiyyətini sanksiyalar siyahısına salıb. Qərarı Amerikanın Maliyyə Nazirliyi  çıxarıb.

Gunaz.tv

“Əbr Arvan”ın 2 təsisçisinə, həmçinin cəmiyyətin BƏƏ-də şöbələrindən birinə sanksiya tətbiq edilib.

"“Əbr Arvan" Cəmiyyəti İranın Rabitə və Texnologiya Nazirlyinin başlıca ortaqlarından biridir”-nazirliyin iyunun 2-də nəşr etdiyi bəyanatda belə deyilir.

"Həmin cəmiyyət nazirliklə birgə İranda milli informasiya şəbəkəsinin inkişafına çalışır. Ölkə üzrə bu internet şəbəkəsi İran xalqının dünya interneti ilə əlaqələrinin kəsilməsi üçün istifadə olunur”-bəyanatda qeyd olunur.

Bəyanatda həmçinin “Əbr Arvan" rəhbərlərinin İranın informasiya və təhlükəsizlik xidməti orqanları ilə geniş əlaqələri olduğu vurğulanır. 

Qeyd olunur ki, cəmiyyətin icraçı direktoru Puya Pirhüseynlu, qurumun texnoloji işlər üzrə müdiri və baş mühəndisi isə Fərhad Fatimidir.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar