SON XƏBƏRLƏR

Rusiya qırıcılarının İrana verilməsi ləngiyir

2023.06.03, 11:56
Rusiya qırıcılarının İrana verilməsi ləngiyir

İran hökuməti Rusiyadan “Su-35” qırıcılarının alınmasına dair müqavilənin yekunlaşdığını elan edib. Lakin İran Hərbi Hava Qüvvələri komandiri Həmid Vahidinin sözlərinə görə, onların alınma tarixi hələlik məlum deyil.

Gunaz.tv

Bu barədə İranın "Xəbər" televizya kanalı məlumat yayıb.

"Onların bizim eskadroniyamıza nə vaxt girəcəklərini bilmirik. Bu, İranın yüksək rütbəli səlahiyyətlilərinin qərarından asılıdır",- Vahidi bildirib.

Üç ildən artıqdır ki, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Şəhriyar Heydəri bu qırıcıların Rusiyadan sifariş edildiyini və İrana təhvil veriləcəklərini bəyan etmişdi.

Bununla yanaşı, üç ay əvvəl İranın BMT-dəki daimi nümayəndəliyi bəyanat yayaraq, ölkənin Rusiyadan Su-35 qırıcı təyyarələrinin alınması ilə bağlı müqaviləni yekunlaşdırdığını açıqlamışdı.

Qeyd edək ki, 2007-ci ildə Rusiya Federasiyası ilə İran rasında 5 ədəd S-300 raketdən müdafiə sisteminin satışı ilə bağlı müqavilə imzalansa da, bu sistemlər 9 il gecikmə ilə Tehran hökumətinə təhvil verildi.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar