SON XƏBƏRLƏR

İran məhsullarının keyfiyyəti dünya standartlarından geri qalır

2023.06.03, 14:50
İran məhsullarının keyfiyyəti dünya standartlarından geri qalır

İranda mal və məhsulalrın keyfiyyəti dünya standartlarından xeyli geri qalır. Bu barədə İranın audit cəmiyyətlərinin ölkənin Ticarət Palatasının rəhbərliyi ilə keçirilən toplantıda bildirilib.

Gunaz.tv

İclasda qeyd olunub ki, ölkədə mal və məhsulların rəqabət gücünün artırılmasında əsas amil olan keyfiyyət məsələsinə diqqət ayrılmır.

Ölkənin texniki audit üzrə ekspertləri bildiriblər ki, İranda keyfiyyətə sərf olunan cəhdlər dünya ilə müqayisdə çox azdır. 

"Bu səbəbdən ölkənin ixrac edəcəyi malların hətta qonşu ölkələrin istehsalı olan məhsullarla rəqabət davam gətirə biləcəyini düşünmək doğru olmazdı"-deyə, toplantıda bildirilib. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar