SON XƏBƏRLƏR

İran ərəb ölkələri ilə dəniz koalisiyası qurur

2023.06.03, 16:00
İran ərəb ölkələri ilə dəniz koalisiyası qurur

İran tezliklə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birgə dəniz koalisiyası quracaq. Bunu İran ordusunun dəniz qüvvələrinin komandiri Şəhram İrani iddia edib.

Gunaz.tv

Şəhram İrani BƏƏ-nin Amerikanın rəhbərlik etdiyi Orta Şərq Dəniz Koalisiyasından çıxdığını da bildirib.

“Hindistanla birgə bölgədə bir neçə ölkənin, o cümlədən Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreynin iştirakı ilə koalisiya qurulacaq”-deyə, o, bildirib.

Ş.İrani həmçinin Rusiya və Çinlə üçlü dəniz koalisiyasının inkişaf etməkdə olduğunu və hər il hərbi təlimlərin keçirildiyini qeyd edib.

Komandan həmçinin Səudiyyə Ərəbistanı, BƏƏ, Qatar, Bəhreyn, İraq, Pakistan və Hindistanın “bölgədə hər hansı ortaq layihələrdə İranın yanında olmaq istədiklərini" iddia edib. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar