SON XƏBƏRLƏR

Xameneyi rejimə müxalif olanları "axmaq" adlandırdı

2023.06.04, 16:46
Xameneyi rejimə müxalif olanları "axmaq" adlandırdı

İranın rəhbəri Əli Xameneyi müxalifəti təhqir edib. Bu barədə İran mediası məlumat yayıb.

Gunaz.tv

İnqilab rəhbəri Ruhulla Xomeyninin ölümünün növbəti ildönümü ilə bağlı keçirilən mərasimdəki çıxışında Əli Xamneyi hökumət qarşı çıxanlar "axmaq" adlandırıb.

Ötən ilin sentyabr ayından başlayan etiraz aksiyalarına toxunan rəhbər bunun qərb ölkələrinin düşüncə mərkəzlərinin İrana qarşı planı olması barədə iddiaları təkrar edib.

"Xaricdə bir sıra tanınmış müxaliflər qərb ölkələrinin siyasətçiləri ilə fotolar çəkdirir, İslam Respublikasının ömrünün bitdiyini düşünürdülər. O, axmaqlar bir daha səhv etdilər",- Əli Xameneyi müxalifləri ittiham edib.

İran rəhbəri həmçinin etiraz aksiyalarına qoşulanları "xain və düşmənlərin əlaltısı" adlandırıb və onlara qarşı sərt cəza tədbirlərinin davam edəcəyini bəyan edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar