SON XƏBƏRLƏR

"İrana qarşı nüvə sanksiyaları tətbiq olunmalıdır"-İsrail rəsmisi

2023.06.06, 15:07
"İrana qarşı nüvə sanksiyaları tətbiq olunmalıdır"-İsrail rəsmisi

İsrail rəsmisi Tehranla ehtimal olunan müvəqqəti nüvə razılaşması barədə açıqlama verib. Bu barədə İsrailin BMT-dəki nümayəndəsi Gilad Erdan "Jerusalem Post" qəzetinə bildirib.

Gunaz.tv

“İran və tərəf ölkələr arasında nüvə razılaşmasının imzalanması istiqamətində işlər gedir. Lakin ehtimal olunan bu anlaşmada İranın zənginləşdirilmiş uranı artırması barədə danışılmır"-Gilad Erdan bildirib.

Onun fikrincə, belə bir anlaşma İranın nüvə proqramını yubadır.

"Lakin bu ölkənin nüvə təsistatının gücünü azaltmır. Dünya ictimaiyyəti İranın nüvə silahı yaratmasının qarşısını ala bilməyib. 

İran nüvə silahınə əldə etmək istiqamətində xeyli məsafə qət edib, hətta bütün qırmızı xətləri aşıb”-deyə, o, əlavə edib.

Gilad Erdan bildirib ki, dünya birliyi ədalətli qərarlar qəbul etməlidir:

“Dünya ictimaiyyəti ancaq Ukrayna barədə İrana sanksiyalardan danışır. Lakin Tehrana qarşı nüvə sanksiyaları tətbiq etmir”.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar