SON XƏBƏRLƏR

İranda gənclər dini təhsil almaqdan imtina edir

2023.06.06, 16:36
İranda gənclər dini təhsil almaqdan imtina edir

İranda yeniyetmə və gənclərin dini təhsildən imtina etməsi mollaların narahatlığına səbəb olub.

Gunaz.tv

Bu barədə danışan İran Dini Mərkəzlərinin sədr müavini Hüseyn Melanuri dini təhsilə marağın azalmasından gileylənib.

"Son illər seminariyanın əsas problemi tələbə çatışmazlığıdır və biz tələb olunan sahələr üzrə tələbələri təmin edə bilmirik",- o vətəndaşlardan övladlarını dini məktəblərə göndərməyi xahiş edib.

Bir neçə gün öncə İran Ekspertlər Məclisinin nümayəndəsi Ayətullah Cəfər Sübhani İranda 50 min məscidin istifadəsiz qaldığını deyib.

Qeyd edək ki, İranda mollaların hakimiyyətə gəlməsindən bu günə kimi, ölkədə dindar kəsimin sayı kəskin azalıb.

Dindarlığı, məscidlərə getməyi və dini ayinlərdə iştirak etməyi hakimiyyətin yanında olmaq kimi qəbul edən milyonlarla inanclı vətəndaş bundan imtina edib.

Uzun illərdir ki, xüsusilə gündüz saatlarında işçilər və səyyar satıcılar məscidlərdən iş fasiləsi zamanı istirahət və yatmaq yeri kimi istifadə edirlər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar