SON XƏBƏRLƏR

İranda yoxsulluq insanları bədən üzvlərini satmağa vadar edir

2023.06.06, 17:10
İranda yoxsulluq insanları bədən üzvlərini satmağa vadar edir

Sosial güzaranın ağırlığı İranda insanları bədən üzvlərini satmağa vadar edir. Bu həyəcanlı açıqlama ilə Kirmanşah Əyaləti Böyrək Xəstələrinə Yardım Cəmiyyətinin sədri Hüseyn Beygləri çıxış edib.

Gunaz.tv

Onun sözlərinə görə, İranda əhali mənzil kirayə edə bilmək üçün böyrəklərini satmağa məcburdur.

“Eşitdiyimə görə böyrəklərini satanlar 200-250 milyon tümənə razılaşırlar, lakin böyük şəhərlərdə satış qiyməti daha yuxarıdır”-deyə, Hüseyn Beygləri açıqlayıb.

Hüseyn Beygləri deyib ki, böyrəyini satanların əsas məqsədi mənzil kirayələmək və avtomobil al bilməkdir.

Qeyd edək ki, İranda insanların maşın almaqda məqsədi ailəsinin dolanışığını təmin etməkdir. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar