SON XƏBƏRLƏR

İran 4 ölkə ilə birlikdə yeni plan hazırlayır

2023.06.07, 14:04
İran 4 ölkə ilə birlikdə yeni plan hazırlayır

İran Rusiya, Türkmənistan və Qətərin iştirakı ilə Fars körfəzi sahillərində yerləşən Asaluyeh sənaye bölgəsində qaz qovşağı yaratmağa çalışır.

Gunaz.tv

Bunu ISNA agentliyi İranın neft naziri Cavad Ouciyə istinadən yazıb. 

Nazir bildirib ki,  33 trilyon kubmetr çıxarıla bilən qaz ehtiyatına malik olan İslam Respublikası bu resursa görə dünyada ikinci yerdədir.: 

"Biz Rusiya, Türkmənistan və Qətərin köməyi ilə Fars körfəzini təbii qaz qovşağına çevirməyə çalışırıq"-cebheinfo-nun məlumatına görə, nazir belə deyib.

O, layihənin təfərrüatlarını açıqlamayıb. Amma qeyd edib ki, hazırda lazımi hazırlıqlar gedir və proqramın icrası ilə bağlı plan hazırlanır. 

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar