SON XƏBƏRLƏR

Sanksiyalardan yayınan İran 2 təyyarə alıb

2023.06.07, 15:15
Sanksiyalardan yayınan İran 2 təyyarə alıb

İran sanksiyalara rəğmən 2 ədəd "Airbus A340" təyyarəsi ala bilib. Bu barədə məlumatı hava sənayesi xəbərlərini dərc edən Hollandiya portalı yayıb.

Gunaz.tv

Bu təyyarələr Fransanın hərbi-mülki sənayesi üzrə Hava-Kosmos Qüvvələrinə məxsus olub. 

Xəbər portalı bildirib ki, həmin təyyarələr İranın bir hava şirkəti tərəfindən aılınıb və mayın 23-də İrana eniş edib.

Təyyarələr 2020-ci ilin dekabrında Fransanın Hava-Kosmos Qüvvələrinin xidmətindən çıxarılıb və 2022-ci əvvəllərinə qədər Fransanın Çatearo şəhərində saxlanılıbmış.

Bir sıra ekspertlərin fikrincə İranın Avropanın mərkəzində hərbi bir qüvvəyə məxsus təyyarə ala və ölkəyə gətirə bilməsi inanılmazdır və bu ölkənin sanksiyaları aşmaqda köməkliklərin olunduğuna işardir.

Qeyd edək ki, İran rəsmiləri qarşıdakı günlərdə daha çox təyyarə və helikopter alacaqlarını bildirib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar