SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda minlərlə sinif otağı qəzalı vəziyyətdədir

2023.06.07, 15:36
Qərbi Azərbaycanda minlərlə sinif otağı qəzalı vəziyyətdədir

Qərbi Azərbaycan əyalətində mövcud olan sinif otaqlarının 20.9 faizi qəzalı vəziyyətdədir və onların yenidən qurulması vacibdir.

Gunaz.tv

Bu barədə əyalətin Məktəblərin Təmiri, İnkişafı və Texniki Təchiz İdarəsinin başçısı Aydın Rəhmani məlumat verib.

O, məktəb çatışmazlığı probleminin həlli və məktəblərin yenilənməsində yerli xeyriyyəçikərin əsas rol oynadığını deyib.

Rəhmaninin sözlərinə görə, ötən təhsil ili ərzində azərbaycanlı xeyriyyəçilər məktəb tikintisi və təmiri üçün 480 milyard tümən vəsait xərcləyiblər.

Qeyd edək ki, verilən rəsmi statistikaya görə, Qərbi Azərbaycan əyaləti təhsil göstəricilərinə görə İranda 31 əyalət içində 29-cu yeri tutur. 

Hazırda ölkə üzrə şagird başına düşən təhsil sahəsinin ortalama 5.7 olduğu halda Qərbi Azərbaycanın bir sıra bölgələrində bu 1.7 təşkil edir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar