SON XƏBƏRLƏR

BMT Ukraynaya yardım etməyə çağırıb

2023.06.07, 15:36
BMT Ukraynaya yardım etməyə çağırıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında Ukraynanın cənubunda Kaxova bəndinin dağılmasından sonra baş verənlərlə bağlı açıqlamalar verib.

Gunaz.tv

BMT baş katibinin humanitar məsələlər və fövqəladə yardım üzrə koordinatoru Martin Qriffits bəyan edib ki, Kaxovka bəndinin dağılmasından sonra 40 yaşayış məntəqəsində daşqınlar baş verib və on minlərlə insana təcili yardım göstərilməlidir.

 Griffiths hadisələri fəlakət kimi qiymətləndirərək, bu fəlakətin böyüklüyünün yalnız bir neçə gündən sonra başa düşülə biləcəyini bildirib.

“Ukraynanın cənubunda cəbhə xəttinin hər iki tərəfində minlərlə insanın evlərini, ərzaqlarını, təhlükəsiz sularını və dolanışıq vasitələrini itirməsi artıq ciddi və geniş miqyaslı nəticələrlə göz qabağındadır.

Bəndin yaratdığı Kaxovka su anbarı regionda xilasedicidir və təkcə Xersonda deyil, həm də Zaporojya və Dnepr bölgələrində milyonlarla insan üçün mühüm su mənbəyidir.

Ukrayna hakimiyyəti Xerson vilayətində azı 40 yaşayış məntəqəsinin artıq su altında qaldığını və ya qismən su altında qaldığını bildirir.

Yaxın günlərdə bu rəqəmin artacağı gözlənilir”-deyə, o,  bildirib.

Ukrayna Milli Polisinin yaydığı bəyanatda bildirilir ki, iyunun 6-sı saat 21.00-a olan məlumata görə, Xerson şəhərində 1366 nəfər riskli bölgələrdən təxliyə edilib.

Açıqlamada rayonda 862 polis əməkdaşının xidmətdə olduğu bildirilib.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar