Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) Ermənistanın Arazdəyəndə yeni ekoloji fəlakətə yol açacaq layihəsi əleyhinə bəyanat yayıblar.
İki şagirdin ölümündən sonra İranda bir rayonun məktəbləri onlayn təhsilə keçdi
CENTCOM İranın ticarət gəmisini hədəf aldı
Küveyt İranın səfirini son hücumlarla bağlı XİN-ə çağırdı
Müharibə və sanksiyalar 53 min iranlının Həcc ziyarətinə getməsinə mane oldu
Məkkə müdafiə sazişi: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında hərbi əməkdaşlıq genişlənir
Tramp İraqın baş nazirinin İrana bağlı silahlı qrupların nəzarətə alınması səylərini dəstəklədi
Overçuk: İran "MDB plyus" əməkdaşlıq formatında iştiraka maraq göstərir
İranda polis və hərbçilərin də məişət problemləri artıb
Təbrizin qadın futbolçuları Kürdüstan təmsilçisini məğlub etdi
19 gündə İranda bu qədər məhbus edam edilib
Daha bir azərbaycanlı uşağa adına görə sənəd verilmir
Qərbi Azərbaycanda saxta spirtli içkidən zəhərlənmə- Ölənər var
İraq İranla qeyri-rəsmi sərhəd keçid məntəqələrini bağlayır
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Təbrizli milli məhbusun qanuni tələbi yenidən rədd edildi
Tramp: Hərbi əməliyyatlar bərpa olunarsa, ABŞ İrandakı “Külüng Dağı” nüvə obyektinə zərbə endirəcək
Avstraliya SEPAH-la əlaqəli iki şəxsə sanksiya tətbiq edib
Türkiyə Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə sazişinin ratifikasiyasını tamamlayıb
İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın obyektlərinə zərbələr endirib
İranın ABŞ ilə saziş bağlamağa hazır olduğuna şübhə edirəm - Tramp
İran iqtisadiyyatı dünyada neçənci yerdədir?- Yeni hesabat
Güney Azərbaycan şəhərlərində çörəyin keyfiyyətinin aşağı düşməsi narazılıq yaradır
İtaliyanın Baş naziri iki vətəndaşının həlak olmasına görə başsağlığı verib
İki İtaliya vətəndaşının həlak olmasından sonra Fon Der Leyen Tehrana təzyiqlərin artırılmasını tələb edib
İtaliya iki vətəndaşının İranın Küveytdəki dron hücumu nəticəsində öldüyünü təsdiqləyib
Pezeşkiyan vilayətlərə daha geniş maliyyə və siyasi səlahiyyətlərin verilməsini yenidən vəd edib
Güneyli fəal Rza İbrahimpur Hərgəlan saxlanılıb
İranda dolların sərbəst bazarda qiyməti ardıcıl rekordlar qırır
Tahir Nəqəvinin ailəsi ilə görüşünə qadağa qoyulub
Yəzddə üç məhbus edam edildi
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri İslamabadda görüşəcək
İlamda həbs edilənlərin sayı 21-ə çatdı
İranın Bəsic qüvvələrinin rəhbəri bu qurumun ideologiyasını dünyaya yaymağa çağırıb
Heydər Əliyev Beynəlxalq Aeroportunda həbs edilən iranlılara hökm oxunub
Qərbi Azərbaycanda 1000-dən çox villanın qazı kəsildi
İsrail ABŞ-ın dəstəyi olmadan İrana zərbə endirməyə hazırdır – IDF sözçüsü
Ermənistan hökuməti "TRIPP Development Company"nin yaradılması ilə bağlı saziş layihəsini təsdiqləyib
Ərdəbildə sosial mediada paylaşıma görə bir nəfər həbs edildi
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Nazir: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq
İran MDB-yə qatılır
İran- Əfqanistan sərhədində qaçqınlar öldürülüb
Süngündə iş qəzasında mühəndis həlak oldu
Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) Ermənistanın Arazdəyəndə yeni ekoloji fəlakətə yol açacaq layihəsi əleyhinə bəyanat yayıblar.
Bəyanatda deyilir:
"Ermənistan mətbuatında yayılan məlumatlara əsasən, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq, zavodun hündürlüyü 30 m, sahəsi 16 500 kvadratmetr olacaq.
Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır.
Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır.
Ermənistanın bu tələblərə riayət etməməsi bir daha onu göstərir ki, Ermənistan regionda destruktiv siyasət aparır, tərəf olduğu beynəlxalq sənədlərin müddəalarını, beynəlxalq öhdəliklərini kobud şəkildə pozur.
Ermənistan tərəfindən Azərbaycana qarşı ekoloji terror və ekosid siyasətinin aparılması yenilik deyil. “Metsamor”un uzun illər regionun ətraf mühitinə təhdid kimi qalması, işğal dövründə Qarabağda törədilmiş geniş miqyaslı ekoloji faciələr, yüksək kimyəvi tərkibli istehsalat sularının təmizlənmədən Oxçuçaya axıdılması buna əyani misaldır.
Ermənistan Oxçuçayı kəskin şəkildə çirkləndirib. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi hissənin ekoloji sistemini bərpa olunmaz deqradasiyaya məruz qoyub. Alman şirkəti “Cronimet” bu ekoloji cinayətdə Ermənistanla birgə iştirak edib. Təəssüflər olsun ki, bu günə qədər də Almaniya hökuməti bu istiqamətdə heç bir praktik addım atmayıb.
Törətdiyi ekoloji cinayətlərlə Ermənistan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə də hər kəsin sağlamlığının təmin edilməsinə dair 3-cü, təmiz su və sanitariya ilə bağlı 6-cı, iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair 13-cü, torpaq ekosisteminin mühafizəsi üzrə 15-ci məqsədlərinin tamamilə əleyhinə gedir.
Məlum olduğu kimi, 2022-ci ildə BMT təmiz, sağlam və davamlı ətraf mühiti insan hüququ kimi tanımışdır. Ermənistan ekologiyaya ciddi ziyan vurmaqla, Azərbaycan, o cümlədən region əhalisinin insan hüquqlarını kobud şəkildə pozur. Bundan başqa, müxtəlif beynəlxalq sənədlər, o cümlədən biznes və insan hüquqları üzrə rəhbər prinsiplərə görə iqtisadi fəaliyyət insan hüquqlarına ziyan vurulmadan həyata keçirilməlidir.
Bu halda da Ermənistan məsuliyyətsiz davranır, təmiz, sağlam və davamlı ətraf mühit hüququna məhəl qoymur və sırf özünün iqtisadi maraqlarını önə çəkir.
Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatları olaraq biz, başda BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin ətraf mühit üzrə xüsusi məruzəçisi, BMT-nin zərərli maddələr və insan hüquqları üzrə xüsusi məruzəçisi olmaqla, müvafiq beynəlxalq təşkilatlara müraciət edərək, onları bu fakta reaksiya verməyə və Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırırıq.
Amerika Birləşmiş Ştatları (ABŞ) hökumətinə müraciət edirik ki, Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan şirkəti məsuliyyətli davranışa dəvət etsin, onun qanunsuzluqlarına göz yummasın. Amerika Birləşmiş Ştatları rəsmiləri, o cümlədən Azərbaycandakı və Ermənistandakı ABŞ səfirlikləri susmamalı, məsələyə münasibət bildirməlidirlər.
Biz buradan Ermənistandakı ekofəallara da müraciət edirik. Bu, ilk növbədə, Ermənistanın özünün də ekoloji vəziyyətinə mənfi təsir edəcək. Bölgəni təhlükəyə sürükləyən bu prosesi durdurmaq üçün hərəkət zamanıdır".
Ayxan
Avstraliya SEPAH-la əlaqəli iki şəxsə sanksiya tətbiq edib
İranın ABŞ ilə saziş bağlamağa hazır olduğuna şübhə edirəm - Tramp
İran iqtisadiyyatı dünyada neçənci yerdədir?- Yeni hesabat
İranın Bəsic qüvvələrinin rəhbəri bu qurumun ideologiyasını dünyaya yaymağa çağırıb
Qərbi Azərbaycanda 1000-dən çox villanın qazı kəsildi
İran MDB-yə qatılır
Süngündə iş qəzasında mühəndis həlak oldu
Milad Armunun edam hökmü ilə bağlı sənədi paylaşan jurnalist saxlanıldı
Qaz çatışmazlığı böhranı: İranda 14 elektrik stansiyası mazut yandırmağa başlayıb
Alkoqol zəhərlənməsi Güney Azərbaycanın qərbinə də yayılıb
Yəmən husiləri Səudiyyə Ərəbistanının ən böyük neft emalı zavodunu hədəfə aldı; Ər-Riyadda 11 nəfər yaralanıb
Türkiyədə iranlı narkotik qaçaqmalçıları həbs edildi
Qoşaçayda yeniyetmə qız güllələndi
İranda məhbuslar aclıq aksiyası keçiriblər
İlamda həbs edilənlərin sayı 18-ə çatdı
Təbrizli vəkillər müvvəqqəti sərbəst buraxılıblar
İranın NPT-dən çıxış planı hazırdır- İbrahim Əzizi
İranda saxta spirtli içikdən ölənlərin sayı artdı
Azərbaycanlı iqtisadçı həbs cəzasına məhkum edildi
Marağada tarixi bölgədə qanunsuz qazıntı aparanlar həbs edilib
Tramp: Lazım olarsa, yenidən hücum edəcəyik
Zəncanlı aşığın ildönümü mərasimi keçiriləcək
İranda etirazçı taekvondo çempionu edama məhkum edildi
Qəzvinli siyasi məhbus qeyri-müəyyən vəziyyətdə saxlanılır
10 kilo Pakistan düyüsünün qiyməti 4 milyon 650 min tümənə çatıb
Tramp: İran razılaşmaq istəyir, lakin şərtləri qəbuledilməzdir
İran Ali Məhkəməsi azərbaycanlı siyasi məhbusun edam hökmünü təsdiq etdi
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
Əyalətlərdən gələn pul Tehrana ayrılır - Pezeşkian
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İranda daha beş bəluc həbs edildi
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid