SON XƏBƏRLƏR

Kaxofkanı ruslar partladıb: "Nəticələr dəhşətlidir"-Borrel

2023.06.10, 12:45
Kaxofkanı ruslar partladıb: "Nəticələr dəhşətlidir"-Borrel

Ukraynanın Kaxovka su anbarının partladılmasında Rusiyanın əlinin olmasına dair daha bir iddia səsləndirilib.

Gunaz.tv

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel bu olayın təxribat olduğunu deyib:

“Bütün ümumi sübutlar Kaxofka su anbarı partladılmasının Rusiyanın işi olduğuna dəlalət edir. Çünki anbar bombardıman edilməyib. Su bəndi turbinlərin yerləşdiyi sahələrdə quraşdırılmış partlayıcı maddələr vasitəsi ilə dağıdılıb”.

Borrel deyib ki, bu hadisənin Ukrayna üçün nəticələri hər cəhətdən dəhşətlidir.

Qeyd edək ki, Ukrynanın Daxili Təhlükəsizlik Xidməti bu barədə telefon danışığının aşkarladığını və anbarın təxribatçı rus dəstəsi tərəfindən partladıldığını açıqlayıb.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar