SON XƏBƏRLƏR

Amerika İran PUA-ları barədə dünya ictimaiyyətinə sayıq olmalarını tövsiyə edib

2023.06.10, 13:35
Amerika İran PUA-ları barədə dünya ictimaiyyətinə sayıq olmalarını tövsiyə edib

Amerikanın XİN, və 3 Ticarət, Ədliyyə və Maliyyə nazirlikləri birgə tövsiyə sənədi nəşr edərək İran PUA-ları təhlükəsi barədə tövsiyələr edib.

Gunaz.tv

Nazirliklər dünya ictimaiyyətinə, xüsusilə də özəl sektora və xalqlara səslənib və İranın PUA-larının alışı, inkişaf etdirilməsi və çoxaldılması barədə tövsiyələr edib.

Amerikanın XİN internet səhifəsi həmin sənəddə istehsalçılara, ixracatçılar, distribüterlər və maliyyə müəssisələrinə bir neçə yol göstəriblər.

\Sənədə istinadən onlar xüsusilə də İran PUA-ları barədə fəaliyyətlərə və bilmədən İranın bu proqramlarında ortaqlığın qarşısını almaq məqsədi ilə daxili nəzarəti gücləndirməlidirlər.
 
Sənəddə bildirilir ki, ABŞ İranın PUA proqramlarına qarşı özünü öhdəlikli hesab edir. 

Bu yöndə ABŞ-ın maliyyə sistemlərindən istifadənin və xaricdə istehsal olunan ehtiyat hissələrinin alışının qarşısını almağa cəhd edəcəyi qeyd olunub.

Sənəddə həmçinin müvafiq özəl sektora və sənaye cəmiyyətlərinə tövsiyə olunub ki, İranın PUA-ları ehtiyat hissələrinin satışı barədə sayıq olmalıdırlar.

Belə ki, İran öz PUA-larını istehsal etmək üçün xarici sənayedən asılıdır və onların bəzi hissələrini ölkə daxilində istehsal etməyə qadir deil. 

Sənəddə həmçinin İanın xaricdən əldə etdiyi xüsusilə də Amerika istehsalı olan təchizatın siyahısı dərc olunub. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar