SON XƏBƏRLƏR

Şimali Koreya Rusiyanı “tam” müdafiə edəcək- iddia

2023.06.12, 14:10
Şimali Koreya Rusiyanı “tam” müdafiə edəcək- iddia

Şimali Koreyanın rəhbəri Kim Çen İn Rusiya prezidenti Putinə mesajında Pxenyanın Moskvadan tam müdafiə edəcəyini iddia edib.

Gunaz.tv

Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinə istinadən, Kim Çen İn bu mesajında “güclü bir ölkənin qurulması məqsədi ilə ortaq hədəf naminə Rusiya ilə strateji əməkdaşlığı gücləndirəcəyini” vurğulayıb. 

Mesaj Rusiyanın “Milli Günü” münasibəti ilə və Moskvanı himayə, həmçinin Ukraynaya hücum qərarında Vladimir Putinlə “tam birlik” əlaməti olarq göndərilib.

Mesajda “İmperyalistlərin özbaşınalığı və iqtidarçılıq əməllərinə qarşı Rusiya xalqına öz tam himayəmi və birliyimi, həmçinin ölkənizin müqəddəs məramı olan hakimiyyət hüququ, inkişafı və mənafeyini himayə edəcəyimi bildirirəm.” deyilir. 

Qeyd edək ki, Şimali Koreya Ukrayna müharibəsini Rusiyanın məhv edilməsi məqsədi ilə Amerikanın “əvəzindən müharibə” kimi tanıyır və Qərb ölkələrinin Kiyevə hərbi yardımlarını qınayır.

Xatırladırıq ki, Amerika müəyyən sübutlara istinadən mart ayında bildirmişdir ki, Moskva Ukraynaya qarşı hərbi gücünü artırmaq məqsədi ilə Şimali Koreyaya qida yardımları müqabilində silah yardımları alır.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar