SON XƏBƏRLƏR

Ordumuz təxribatların qarşısını almağa hər an hazırdır - RƏSMİ

2023.06.13, 10:06
Ordumuz təxribatların qarşısını almağa hər an hazırdır - RƏSMİ

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Gunaz.tv

Çətin relyefli və yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun olaraq sutkaboyu döyüş növbətçiliyi təşkil olunur, fasiləsiz xidmət aparılır.

Şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırolma və mənəvi-psixoloji vəziyyətin daim yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Azad edilmiş ərazilərdə xidmət aparan hərbi qulluqçularımız ehtimal olunan istənilən təxribatların qarşısını almağa hər an hazırdırlar.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar