SON XƏBƏRLƏR

İlham Əliyev Ərdoğana: "Sizi Azərbaycanda çox sevirlər"

2023.06.13, 13:58
İlham Əliyev Ərdoğana: "Sizi Azərbaycanda çox sevirlər"

Türkiyə-Azərbaycan birliyi, qardaşlığı - bu, beynəlxalq faktordur, sabitlik, inkişaf və təhlükəsizlik faktorudur.

Gunaz.tv

AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən geniştərkibli görüşdə deyib.

Dövlətimizin başçısı bildirib: “Prezident seçkilərində türk xalqının Sizə göstərdiyi inam bir daha Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir. Siz bilirsiniz ki, Sizi Azərbaycanda çox sevirlər. Siz bizim əziz qonağımızsınız”.

Yeni hökumət üzvlərini də ürəkdən təbrik edən dövlətimizin başçısı, həmçinin qeyd edib: “Hər zaman olduğu kimi, bizim görüşlərimiz həm görülən işlərə bir yekun vurur, eyni zamanda, növbəti illərdə görüləcək işlərlə bağlı bir yol xəritəsi cızır.

Əminəm ki, bu səfərdə də belə olacaq”.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar