SON XƏBƏRLƏR

Rusiya Krivoy Roqu raket atəşinə tutub: 1 İran PUA-sı vurulub

2023.06.13, 15:13
Rusiya Krivoy Roqu raket atəşinə tutub: 1 İran PUA-sı vurulub

Rusiya Silahlı Qüvvələri iyunun 13-də Ukraynanın Dnepropetrovsk əyalətində yerləşən Krivoy Roq şəhərini raket atəşinə tutub.

Gunaz.tv

Nəticədə bir neçə yaşayış binası xəsarət alıb. 5 mərtəbəli bir bina tamamilə dağıdılıb.  

Bu barədə şəhərin bələdiyyə başçısı açıqlama verib.

“6 mülki şəxs ölüb, 25 nəfər isə yaralanıb. Bəzi vətəndaşlar dağlıntılar altındadır. Axtarış qurtarma əməliyyatı davam edir”-deyə, o, bildirib.

Ukraynanın havadan müdafiə sistemləri Rusiyanın Kiyev istiqamətinə atılan 10 raketini məhv edib.

Xarkov şəhərinin meri isə PUA-ların bu şəhərin mülki infrastrukturuna həmlə etdiyini bildirib.

Rusiyanın bu həmlədə istifadə etdiyi İran istehsalı olan 4 PUA-dan biri vurulub.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar