SON XƏBƏRLƏR

İlham Əliyev Binəli Yıldırımı qəbul edib

2023.06.14, 12:22
İlham Əliyev Binəli Yıldırımı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəli Yıldırımı qəbul edib.

Gunaz.tv

AzVision.az -ın xəbərinə görə, dövlət başçısı Türkiyədə keçirilən seçkilərdə Rəcəb Tayyib Ərdoğanın, həmçinin Cümhur İttifaqının qələbəsi münasibətilə bir daha təbriklərini çatdırıb.

Görüşdə Rəcəb Tayyib Ərdoğanın Türkiyə Prezidenti seçildikdən sonra ilk səfərini Azərbaycana etməsinin və bunun dövlət səfəri statusunda həyata keçirilməsinin önəmi vurğulandı, həmişə olduğu kimi, bu səfərin də çox səmərəli keçdiyi bildirdi.

Qeyd edildi ki, səfər zamanı dövlət başçıları tərəfindən Azərbaycan-Türkiyə müttəfiqliyinin müxtəlif sahələr və istiqamətlər üzrə inkişafına dair aidiyyəti nazirliklərə işlərin ardıcıl sürətdə aparılması ilə bağlı tapşırıqlar verilib. Vurğulandı ki, Türkiyənin dövlət başçısının bu səfəri ölkələrimiz arasında bütün sahələrdə qardaşlıq və dostluq əlaqələrinin möhkəmlənməsi işinə böyük töhfə verəcək.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişlənməsinin əhəmiyyətinə toxunuldu, Binəli Yıldırımın Ağsaqqallar Şurasının sədri kimi təşkilat çərçivəsində fəaliyyəti vurğulandı.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar