SON XƏBƏRLƏR

İsrail Dəməşqdə İran qüvvələrinin anbarlarını hədəfə aldı

2023.06.14, 12:40
İsrail Dəməşqdə İran qüvvələrinin anbarlarını hədəfə aldı

İsrail Dəməşqdə İran tərəfindən döyüşən qüvvələrin anbarlarını vurub. Bu barədə Suriyanın İnsan Haqları Monitorinq Mərkəzi xəbər yayıb.

Gunaz.tv

Suriyanın dövlət xəbər agentliyi SANA da Qolan Təpələri istiqmaətindən İsrail ordusunun Dəməşqin cənub-qərbində bəzi yerlərə havadan zərbələr endirdiyini bildirib.

“Suriyanın havadan müdafiə sistemi İsrailin bir neçə raketini izləyərək vurub. Bu həmlədə suriyalı bir əsgər ciddi yaralanıb"- bu barədə bilgili qaynaq agnetliyə bildirib.

Monitorinq Mərkəzi isə açıqlamasında bildirib ki, 2023-cü ilin əvvəlindən bu İsrailin 18-ci həmləsidir:

"Bu müddətdə Suriyada 40 təsisat, o cümlədən silah, sursat anbarları, həmçinin hərbi və tədarük mərkəzləri vurulub.”.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar