SON XƏBƏRLƏR

Şehbaz Şerif Azərbaycana gəlir

2023.06.14, 14:12
Şehbaz Şerif Azərbaycana gəlir

Prezident İlham Əliyevin dəvəti ilə Pakistanın Baş naziri Məhəmməd Şehbaz Şərif 14-15 iyun 2023-cü il tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.

Gunaz.tv

Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Baş nazirin müşayiəti ilə Azərbaycanla əməkdaşlığın prioritet sahələrini təmsil edən nazirlər də iştirak edəcəklər.

Baş nazir prezident İlham Əliyevlə əməkdaşlığın əsas istiqamətləri, o cümlədən ticarət, investisiya və enerji ilə bağlı geniş tərkibdə danışıqlar aparacaq.

Çoxtərəfli forumlarda qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər və əməkdaşlıq da müzakirə olunacaq.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar