Qeyd olunur ki, Ukrayna üçün belə bir öhdəlik daha azmüddətli seçilə bilər.
Lakin bu, prezident Zelenskinin axtardığı təhlükəsizlik zəmanəti də deyil. Ukraynanın bəzi müttəfiqləri iddia edirlər ki, yalnız NATO-ya üzvlük və kollektiv müdafiə vədi ilə ölkənin təhlükəsizliyinə zəmanət verə bilər.
Eyni zamanda, Bayden administrasiyasının rəsmilərinin fikrincə, bəzi müttəfiqlər, xüsusən də Ukrayna ilə həmsərhəd ölkələr Kiyevin alyansa üzvlüyü üçün xüsusi planlaşdırılmış vaxt cədvəli istəyirlər. Ancaq bütün bunlar müharibə başa çatdıqdan sonra reallaşa bilər.
Dövlət katibi Entoni Blinkenin rəhbərlik etdiyi bir neçə rəsmi belə hesab edir ki, Bayden administrasiyası NATO-ya üzvlüklə bağlı heç bir tarix təyin edilməsə belə, Ukraynanın alyansa qoşulması üçün daha konkret yol göstərməyə məcbur olacaq.
Xatırladaq ki, bir neçə gün öncə Ukrayna prezidenti də bu mövzuya toxunaraq demişdi ki, “Müharibə zamanı Ukrayna NATO-ya daxil ola bilməz. Bununla belə, hazırda Prezident Aparatı müvafiq sənədlər üzərində işləyir, ona əsasən, Kanada Ukraynaya təhlükəsizlik zəmanəti verə bilər”.
Ayxan