SON XƏBƏRLƏR

"Azərbaycanın təcrübəsinə ehtiyacımız var"- Pakistanın Baş naziri

2023.06.15, 15:35
"Azərbaycanın təcrübəsinə ehtiyacımız var"- Pakistanın Baş naziri

Bakıya gələndə yolboyu gördüklərimin çox dərin təəssürat altındayam. Sizin gərgin əməyiniz, rəhbərliyiniz və baxışınız sayəsində Azərbaycanda böyük işlər görülüb. Bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

Gunaz.tv

Pakistanın şəhər planlaşdırılması, yaşıllaşdırma sahələrində Azərbaycanın təcrübəsinə ehtiyac duyduğunu qeyd edən Baş nazir bildirib: “Şəhəriniz son dərəcə təmizdir. Tullantıların emalı məsələsi, yəni, bu sahədə təcrübənizə ehtiyacımız var.

Həqiqətən də mən çox şadam və məmnunam ki, ölkəniz bu cür inkişaf edir”.

Baş nazir ölkəsinin hər zaman Azərbaycanı dəstəklədiyini vurğulayıb: "Biz Azərbaycanın Qarabağ üzərində hüququnu hər zaman birmənalı şəkildə dəstəkləmişik.

Pakistanın Ermənistanla diplomatik münasibətlər qurmayan bir neçə ölkədən biri olduğunu vurğulayan Baş naziri deyib: “Bu, bizim mənəvi öhdəliyimizdir. Siz yalnız Ermənistanla sülh sazişini imzalayandan sonra bizə bir mesaj versəniz, biz bu məsələyə yenidən baxa bilərik. 

Bu məsələdə də biz birmənalı olaraq Azərbaycanı dəstəkləyirik”.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar