“Türkiyənin Rusiya qazından asılılığı 36-37% təşkil edir, Ankara onu azaltmaq istəyir”. “Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Enerji Departamentinin baş direktoru vəzifəsini icra edən Berris Ekinci Vaşinqtonda enerji təhlükəsizliyi üzrə konfransda bildirib.