SON XƏBƏRLƏR

İsfahan həbsxanasına silahlı hücum-Ölən var

2023.06.16, 11:16
İsfahan həbsxanasına silahlı hücum-Ölən var

İyunun 15-də İsfahan həbsxanasının qarşısında yerləşən nəzarət postuna naməlum silahlı şəxslər hücum edib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Məlumatda bildirilir ki, "Kalaşnikov" və "Vinçester" silahlarından atəş açan şəxslər motosikletlə hadisə yerindən qaçıb.

İyunun 16-da isə Mərkəzi əyalətin Delican şəhərinin polis rəisi polkovnik Müctəba Camali hücum edənin Delican şəhərində polis qüvvələri ilə silahlı qarşıdurma zamanı öldürüldüyü barədə məlumat verib.

Polis rəisi öldürülən şəxsin üzərindən iki avtomat silah, 71 güllə götürüldüyünü desə də, onun kimliyi barədə açıqlama verməyib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar