SON XƏBƏRLƏR

Mərənd-Culfa yolunda ağır yol qəzası: 4 ölü

2023.06.17, 13:46
Mərənd-Culfa yolunda ağır yol qəzası: 4 ölü

İyunun 17-i səhər saatlarında Şərqi Azərbaycan əyalətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gunaz.tv

Hadisə Mərənd-Culfa yolunun Qaratəpə bölgəsində qeydə alınıb. Şərqi Azərbaycan Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniyanın verdiyi məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb.

Onun sözlərinə görə, qəzaya düşənlərin 4-ü hadisə yerindəcə ölüb. Bir nəfər ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hər il İranda baş verən yol qəzalarında ortalama 17 min nəfər həyatını itirir.

İranda yol qəzalarının sayının çox olmasının əsas səbəbi ölkədə istehsal olunan minik avtomobillərinin keyfiyyətsizliyi və yolların təhlükəli olmasıdır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar