SON XƏBƏRLƏR

İsrailin silah ixracında rekord- siyahıda Azərbaycan da var

2023.06.17, 14:13
İsrailin silah ixracında rekord- siyahıda Azərbaycan da var

İsrail silah ixracında rekorda imza atıb. 2021-ci ildə İsrail 11,4 milyard, 2022-ci ildə isə 12,5 milyard dollar dəyərində silah ixrac edib.

Gunaz.tv

Son rəqəm beş il ərzində İsrailin silah ixracında 65 % artımın olduğunu göstərir.

Hazırda İsrail qlobal silah satışında bir çox ölkələri üstələyib.

Qeyd edək ki, İsrail dünyada müasir, effektiv və hədəfləri yerində vura biləcək qabiliyyətə malik olan silah istehsal edən ölkə kimi tanınır.

İsraildən müasir silahlar alan ölkələr siyahısına Azərbaycan da daxildir. 

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar