SON XƏBƏRLƏR

"İrana təzyiqlər artacaq”-Mahmud Abbaszadə

2023.06.19, 13:35
"İrana təzyiqlər artacaq”-Mahmud Abbaszadə

“Mövcud şəraitdə Qərbin İrana imtiyaz vermək məcburiyyətində olduqların düşünmürəm. Onlar İranı şərtlərlə məhdudlaşdırmaq istəyirlər”- Bunu İran  Məclisinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Mahmud Abbaszadə deyib.

Gunaz.tv

Mahmud Abbaszadə Meşkini İranla nüvə danışıqlarının gedişi haqqında da danışıb.

“Qərb ölkələri imtiyaz qoparmaq istəyirlər. Bu imtiyazlara çatmaq üçün onların planları, təcrübələri və təzyiq rıçaqları da var.

Reallıq budur ki, onlar sanksiyalardan qeyd-şərtsiz geri çəkilmməyəcəklər. Ona görə də bizim bircə yolumuz sanksiyaları aşmaqdır”-deyə, o, bildirib.

Mahmud Abbaszadə hesab edir ki, İrana təzyiqər güclənəcək: "Biz öz yolumuzda israrlı olduqca onlar da İrana təzyiqləri artıracaq” meşkini vurğulayıb.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar