SON XƏBƏRLƏR

Ukrayna 8 yaşayış məntəqəsini azad etdiyini açıqlayıb

2023.06.19, 13:29
Ukrayna 8 yaşayış məntəqəsini azad etdiyini açıqlayıb

Ukrayna iki həftə davam edən əməliyyatlarda 8 yaşayış məntəqəsinin azad edildiyini açıqlayıb.

Gunaz.tv

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, cənub cəbhəsində iki həftəlik hücum əməliyyatı zamanı xilas edilən yaşayış məntəqələrinin sayı 8-ə çatıb.

Malyar sosial media hesabından verdiyi açıqlamada Ukrayna ordusunun son bir həftə ərzində həm hücum, həm də müdafiə əməliyyatları həyata keçirdiyini bildirib.

"Bu istiqamətdə qarşıdurmaların intensivliyi keçən həftə azaldı, lakin qarşıdurmalar davam etdi. Ümumilikdə 41 toqquşma oldu.

Qoşunlarımız bir sıra sahələrdə irəliləyiş əldə edib”-Nazir müavini əlavə edib.

Malyar rusların Ukrayna əsgərlərinin Baxmut istiqamətində irəliləməsini dayandırmaq üçün şərqə əlavə əsgərlər yerləşdirdiyini vurğulayıb.

Rus ordusunun ötən həftə Liman, Kupyansk, Avdiyivka və Marinka istiqamətlərində hücumlarını davam etdirdiyinə diqqət çəkən Malyar bu bölgələrdə mövqe itirmədiklərini bildirib.

“Berdyansk və Melitopol istiqamətlərində 2 həftə davam edən hücum əməliyyatları zamanı Tavriya müdafiə qüvvələri ümumilikdə 8 yaşayış məntəqəsini, yəni Novodarivka, Levadne, Storojeve, Makarivka, Blagodatne, Lobkove, Neskuchne, Pyatihatskini azad edib”-Malyar belə deyib.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar