SON XƏBƏRLƏR

Oğurlanan qiymətli tarixi eksponatlar ortaya çıxdı

2023.06.19, 16:51
Oğurlanan qiymətli tarixi eksponatlar ortaya çıxdı

Bir ildən çoxdur davam edən Ukrayna-Rusiya müharibəsi Ukrayna muzeyləri və irsi üçün ciddi təhlükə yaradıb. Ukraynadakı Xanenko muzeyindən 16 eksponat qaçaqmalçılıq yolu ilə çıxarılaraq Luvr muzeyinə aparılıb.

Gunaz.tv

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxt Kiyevdəki Xanenko muzeyinin kolleksiyasından olan qədim eksponatlar Parisdə yerləşən Luvr muzeyində nümayiş etdirilir.

Sərgidə nümayiş etdirilən bəzi eksponatların təxminən 1500 il yaşı olduğu qeyd edilib.

Luvr muzeyindən verilən yazılı açıqlqamaya görə, “Müqəddəs obrazın mənşəyi: Kiyevdəki Bohdan və Varvara Xanenko Milli İncəsənət Muzeyindən ikonalar” adlı sərgidə Fransaya köçürülən 16 əsərdən 5-i nümayiş etdirilir.

İyunun 14-də başlayan sərginin noyabrın 6-dək davam edəcəyi vurğulanıb. 

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar