SON XƏBƏRLƏR

"Ermənistanla normallaşma prosesi üçün perspektivlər açılıb" - Ceyhun Bayramov

2023.06.20, 14:54
"Ermənistanla normallaşma prosesi üçün perspektivlər açılıb" - Ceyhun Bayramov

"Ermənistanla bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət əsasında normallaşma prosesi üçün perspektivlər açılıb". Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

Gunaz.tv

Ceyhun Bayramov bu fikirləri Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil edilmiş Xəzər Bağlantı Konfransında çıxışı zamanı sələndirib.

Nazir Azərbaycanın regionun daha təhlükəsiz və firavan gələcəyinin qurulmasına töhfə verən inkişaf yolu ilə irəliləməyə davam etmək əzmində olduğunu, regiondan və ondan kənarda olan investorlarla əməkdaşlıqda marağını qeyd edib.

Bütün tərəfdaşlar Azərbaycanın münaqişədən sonrakı yenidənqurma və reabilitasiya səylərini dəstəkləməyə dəvət edilib. (trend)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar