SON XƏBƏRLƏR

Ərdəbildəki Şorabil gölü milli əsərlər siyahısına salınıb

2023.06.21, 11:45
Ərdəbildəki Şorabil gölü milli əsərlər siyahısına salınıb

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyi Ərdəbil şəhərində yerləşən Şorabil gölü geoparkının İranın əsərlər siyahısına salınması barədə təklifə razılıq verib.

Gunaz.tv

Bu barədə Ərdəbil əyalətinin Mədəni İrs Təşkilatının başçısı Həsən Məhəmmədi Ədib mediaya açıqlamasında deyib.

"Bu təbiət əsərinin milli əsərlər siyahısında dövlət qeydiyyatına alınması gölün qorunub saxlanılması və ictimaiyyətin diqqətinin gölün qorunmasına yönəldilməsi prosesində səmərəli ola bilər"- deyə, o, bildirib.

Qeyd edək ki, ölkədə şəhər daxilində yeganə təbii göl olan Şorabil gölü Ərdəbil əyalətinin mühüm turizm imkanlarından biridir və təbii irs sahəsində xüsusi əhəmiyyət kəsb edir.

Sahəsi 180 hektar olan göl dəniz səviyyəsindən 1350 metr yüksəklikdə yerləşir.

Geoloji tədqiqatların nəticələrinə görə Şorabil gölü, Urmiya gölündən daha qədimdir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar