SON XƏBƏRLƏR

Ermənistanın qızıl mədəninin işçiləri maaş ala bilmir

2023.06.21, 14:44
Ermənistanın qızıl mədəninin işçiləri maaş ala bilmir

Ermənistada mədən işçilərinin etiraz aksiyası təşkil olunacaq. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Gunaz.tv

Bildirilir ki, "Mehradzor" qızıl mədəninin fəhlələri və ümumilikdə kollektivi bir neçə aydır ki, maaşların verilməsində problemlə üzləşirlər. 

"Mehradzor Gold" şirkətinin direktoru Vardan Markaryan isə Sputnik Armeniya-ya verdiyi açıqlamada maaşların verilməsində gecikdirilmə probleminin olduğunu etiraf edib.

Onun sözlərinə görə, son bir ildə dramın dollar qarşısında möhkəmlənməsi ilə əlaqədar müəssisədə problemlər yaranıb.

Həmin müddət ərzində dram dollara nisbətdə təxminən 20% möhkəmlənib. (azvision)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar