SON XƏBƏRLƏR

İran Belarus bazarından Azərbaycanı sıxışdırmaq istəyir

2023.06.22, 09:33
İran Belarus bazarından Azərbaycanı sıxışdırmaq istəyir

İran və Belarus Respublikası arasında beş əməkdaşlıq sənədi imzalanıb. Bu barədə İranın Belarusdakı səfiri Əlirza Sanei məlumat verib.

Gunaz.tv

Saziş İrandan Belarusa bal, toyuq əti, yumurta və süd məhsulları ixracı sahəsində əməkdaşlığı nəzərdə tutur.

Səfir Belarus bazarında Azərbaycan, Türkiyə və Özbəkistan kimi ölkələrin daha aktiv olduğunu vurğulayıb.

Bildirib ki, İran şirkətlərinin və iş adamlarının sözügedən ölkələrin şirkətlərinin yerini tutması vacibdir.

Qəribədir ki, bu məhsulların heç biri İranda tapılmır.

Son illər xüsusilə toyuq əti, yumurta və süd məhsullarının qıtlığına görə dəfələrlə İranın iri şəhərlərində etirazlar baş qaldırıb, mağazaların qarşısında uzun növbələr yaranıb.

İran hansı məhsullarla Belarus bazarında Azərbaycan və Türkiyəni sıxışdıracaq, maraq doğurur.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar