SON XƏBƏRLƏR

26 senatordan Baydenə İranla bağlı xəbərdarlıq

2023.06.22, 11:27
26 senatordan Baydenə İranla bağlı xəbərdarlıq

Amerikanın hər iki partiyasından 26 senator Bayden administrasiyasına İranla bağlı xəbərdarlıq edib.

Gunaz.tv

Senatorların prezidentə göndərdiyi məktubda Tehranla yararsız anlaşmanın nəticəsiz olacağı vurğulanır.

Xatırladaq ki, iyunun əvvəllərində Amerika və İsrail Ümumi Əlaqələr Komitəsinin təşəbbüsü ilə hazırlanmış məktubu imzalayanların bəziləri 2015-ci ildə İranla nüvə danışıqları və sonradan bərpası məsələsində Baydeni dəstəkləyənlərdir.

Məktubda İranın sabitliyi pozmaq istiqamətində fəaliyyətinə qarşı daha effektiv işlərin görülməsi tələb olunur.

Senatorlar İranın nüvə fəaliyyətində hər hansı irəliləyişə qarşı birgə beynəlxalq hərəkətlərin vacibliyini vurğulayıblar.

Məktubda bildirilir ki, İranın sabitliyi pozmaq istiqamətində fəaliyyətinin Çin tərəfindən tətiklənməsi diqqət mərkəzində olmalıdır.

"Tehran uranın zənginləşdirilməsini 90 faizə qaldırarsa Bayden iqtidarı BMT-nin sanksiyalarının yenidən tətbiq olunacağına Avropadan zəmanət almalıdır"-məktubda qeyd olunur. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar