SON XƏBƏRLƏR

"İranın gələcəyi ilə bağlı məsələdə azərbaycanlıların rəyi nəzərə alınmalıdır”-Politoloq

2023.06.22, 12:31
"İranın gələcəyi ilə bağlı məsələdə azərbaycanlıların rəyi nəzərə alınmalıdır”-Politoloq

İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi sosial şəbəkədə ölkənin gələcək siyasi quruluşu barədə fikirlərini yazıb. 

Gunaz.tv

Qovulmuş şahın oğlu deyib ki, İran üçün yeganə seçim konstitusiyalı monarxiyadır.

Pəhləvinin fikirlərini şərh edən politoloq Asif Nərimanlı Günaz.TV-yə açıqlamasında bildirib ki, şahın oğlu ilə bağlı plan quranlar İrandakı mövcud reallıqları bilmirlər.

“İranda 30 milyona yaxın azərbaycanlı, xeyli sayda qeyri-fars millətləri: ərəblər, kürdlər, bəluçlar, türkmənlər yaşayır. 

Rejim dəyişərsə, onların hüquqları məsələsi necə olacaq? Şah dövründə ən çox hüququ pozulan xalq azərbaycanlılar olub.

Pəhləvi dönəmində türk dilinin, azərbaycanlıların milli kimliyinin məhv edilməsi istiqamətində önəmli addımlar atılıb. 

Bu gün molla rejimi tərəfindən Azərbaycan türklərinə qarşı aparılan etnik diskriminasiya siyasətinin kökü elə şah rejimi dönəmində qoyulub.

Bu baxımdan soydaşlarımız üçün, bizim üçün ciddi suallar yaranır”. 
Politoloq hesab edir ki, Rza Pəhləvinin ölkə daxilində dəstək qazanması real deyil.

“Onun İran xalqının dəstəyini qazanacağı şübhələr yaradır. Mənim fikrimcə, rejim dəyişərsə oradakı xalqların istəklərini, tələblərini nəzər almadan hər hansı kənar müdaxilə ilə hakimiyyəti dəyişmək cəhdləri uğur qazanmayacaq. 

İranda rejim dəyişikliyi məsələsinə birmənalı yanaşma olmamalıdır. Azərbaycanlılar İranda böyük bir toplumdur. Bu məsələdə soydaşlarımızın rəyi nəzərə alınmalıdır”. 

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar