SON XƏBƏRLƏR

Hörmüzqanda araqdan kütləvi zəhərlənmə: 11 nəfər xəstəxanaya yerləşdirilib

2023.06.22, 14:15
Hörmüzqanda araqdan kütləvi zəhərlənmə: 11 nəfər xəstəxanaya yerləşdirilib

İranda saxta spirtli içkilərdən kütləvi zəhərlənmələr davam edir. Bu dəfə də İranın Hormüzqan əyalətinin Hacı Abad rayonunda Metanol spirti ilə düzəldilmiş saxta araqdan 11 nəfər zəhərlənib.

Gunaz.tv

Onun sözlərinə görə, iyunun 21-i təxminən saat 13.00-də orta yaşlı kişi Hacı Abadın "Fətimə əl-Zəhra" xəstəxanasına müraciət edib.

Vəziyyəti ağır olduğu üçün o, süni tənəffüs aparatına qoşulub, sonra dializ olunub.

Başqa bir zərərçəkən görmə qabiliyyətinin zəifləməsi əlaməti ilə təcili yardım şöbəsinə (ICU) yerləşdirilib.

Bu vaxtadək saxta araqdan zəhərlənmə səbəbilə 11 nəfər xəstəxanaya müraciət edib"-deyə, Təcili Tibbi Yardım Şöbəsinin sədri Mahmud Hüseynpur bildirib. 

Onun sözlərinə görə, zəhərlənənlərin sayının artacağı ehtimalı var. Bu üzdən əyalət xəstəxanaları, həmçinin Təcili Tibbi Yardım Şöbəsi tam hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, İranda spirtli içki qadağan edildiyindən insanlar saxta araqlardan istifadə edir. Bu isə kütləvi zəhələnmələrə yol açır. Bəzi zərərçəkənlər görmə qabiliyyətini itirir. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar