SON XƏBƏRLƏR

İrandan təhlükəli qabyuyan mayelər gətirilir-Ekspert həyəcan təbili çaldı

2023.06.22, 15:28
İrandan təhlükəli  qabyuyan mayelər gətirilir-Ekspert həyəcan təbili çaldı

İran İslam Respublikasından qeyri-qanuni yollarla, insan orqanizmi üçün təhlükə təşkil edən qabyuyan mayelər gətirilir.  Bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sosial şəbəkələrdə paylaşım edib.

Gunaz.tv

Üzərində Azərbaycan dilində heç bir qeydin yer almadığı məhsulun məlumatları fars dilindədir.

Eyyub Hüseynov bu qabyuyan mayenin ucuz qiyməti ilə istehlakçıların diqqətini cəlb etdiyini, lakin bir müddət istifadədən sonra çox ağır və xoşagəlməz hallara gətirə biləcəyini qeyd edib. 

Ekspert qaçaqmalçılıq yolu ilə bazara çıxarılan məhsulun dövlət orqanları tərəfindən nəzarətdən keçirilmədiyini və bu səbəbdən tərkibinin çox təhlükəli olduğunu qeyd edib.

Həmçinin ekspert, adıçəkilən qabyuyan mayenin Bakıda, Sumqayıtda, Cənub Bölgəsində, Şimal Bölgəsində və Astarada toptansatış nöqtələrində satıldığını da bildirib.

Bu məhsul Eyyub Hüseynovun verdiyi məlumata görə, insanlarının sağlamlığı ilə bərabər ətraf mühit üçün də olduqca təhlükəlidir. 

Belə ki, məhsulun tərkibi və göstəriciləri məlum olmadığı üçün təbiətdə parçalanma müddəti də naməlumdur ki, məişət sularına qarışdıqdan sonra təbiətə axıdılarkən ekologiyaya da ciddi zərər verə bilər. 

Ölkəmizə gətirilən bu qabyuyan maye insan dərisi üçün olduqca təhlükəli ola bilər. (qafqazinfo)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar