SON XƏBƏRLƏR

“Prezident seçilsəm İrana təzyiqi artıracam”-Ron Desantis

2023.06.23, 14:00
“Prezident seçilsəm İrana təzyiqi artıracam”-Ron Desantis

Amerika prezidentliyinə namzəd Ron Desantis İsrailə səfəri zamanı Co Baydenin İran siyasətini tənqid edib.

Gunaz.tv

2024-cü il prezident seçkilərində prezidentliyə namizəd Tehranın təhdidlərini cilovlamaq üçün təzyiqlərin artırılmasını tələb edib.

Florida ştatının qubernatoru İsrailin KİV-nə mühasibəsində deyib: 

“Amerika prezidenti seçilsəm, İrana təzyiqləri artıracaq və İsraillə çiyin-çiyinə duracağam”.

O, Co Bayden iqtidarına xitabən deyib:

“İranlılara imtiyaz verəndə bilməlisiniz ki, onlar vəsaitləri terrorçuluğu canlandırmağa sərf edirlər.

Məncə İrana təzyiqin artırılması ciddi iqtisadi, diplomatik və hətta potensial hərbi nəticələr doğuracaq. Təzyiqlərin artırılması axundların qanacağı yeganə dildir”.

O, Vaşinqtonun Bayden dönəmində Təl-Əvivlə münasibətini “utandırıcı” adlandırıb.

“Amerika ilə İsrailin münasibətləri möhkəm və dəmir kimi olmalıdır. Bizə Orta Şərqdə başqa müttəfiq yoxdur. İsraillə mədəni və dini bağlantılarımız güclüdür”-deyən, Destantis hazırkı amerika hakimiyyətinin İsrailə arxa çevriməsini “tarixi səhv” adlandırıb.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar