SON XƏBƏRLƏR

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

2023.06.24, 12:24
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələri sərhəddə atəşkəsi pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Gunaz.tv

İyunun 24-ü saat 10:40-dan 11:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb. (apa)

Ayxan
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar