SON XƏBƏRLƏR

Şri-Lanka İrana 250 milyon dollarlıq borcunu çayla ödəyəcək

2023.06.24, 13:07
Şri-Lanka İrana 250 milyon dollarlıq borcunu çayla ödəyəcək

Şri-Lanka 250 milyon dollarlıq borcu əvəzinə İrana çay göndərəcək. Bu barədə "Royters" xəbər agentliyi məlumat yayıb.

Gunaz.tv

Qeyd edək ki, bununla bağlı 2 il öncə bu ölkələr razılığa gələ bilməmişdi.

"Royters" Şri-Lankanın Çay Şirkəti İdarə Heyətinin sədrinə istinadən bildirib ki, bu ölkə İrana 250 milyon dollar neft borcu əvəzinə iyuldan aylıq 2 milyon dollara qədər çay ixrac etməyə başlayacaq.

İdarə Heyətinin sədri Şri-Lankanın valyuta böhranı keçirdiyini  xatırladıb: “İndi bizə çox əlverişli bir vaxtdır. Beləki artıq böyük bir bazara çatma imkanımız var.

İranla Şri-Lanka dollarsız ticarət edə bilərlər.

İlkin razılaşmaya əsasən 4 il müddətinə ayda 5 milyon dollar çay göndərilməsi razılaşdırılıb, lakin biz ayda hardasa 2 milyon dollar çayla başlayacağıq".

Qeyd edək ki, "Seylon" markası dünya üzrə tanınmış çay hesab olunur və ötən il Şri-Lankaya 1.25 milyar dollar valyuta qazandırıb.

Taymaz

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar