SON XƏBƏRLƏR

“Laçına qayıdanlar yaxşı şəraitdə yaşayacaqlar”-Səfir

2023.06.24, 14:08
“Laçına qayıdanlar yaxşı şəraitdə yaşayacaqlar”-Səfir

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma işlərinin aparıldığını müşahidə edirik, burada çoxlu böyük layihələr həyata keçirilir”. Bunu Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soli Laçına səfəri zamanı jurnalistlərə deyib.

Gunaz.tv

"Bu gün yenidən Qarabağda səfərdəyəm. Burada böyük dəyişikliklərin şahidi oluruq. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı bərpa işləri aparılır və onlar uğurla həyata keçirilir", - səfir bildirib və Laçının turizm üçün gözəl yer olduğunu əlavə edib.

"Bu, dinc həyatın getdikcə bərqərar olunduğundan xəbər verir. Laçına qayıdanlar yaxşı şəraitdə yaşayacaqlar", - o deyib. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar