“Rusiyada toqquşmalar olarsa, Azərbaycan bundan istifadə etməlidir.
Bakı Qarabağ, hətta Zəngəzur cəbhəsində irəliləməli, bu yöndə addımlar atmalıdır. Ancaq situasiyanı izləmək lazımdır. Tələsik qərarlar vermək olmaz.
Bizim konkret hədəflərimiz olmalıdır. Əsas hədəf Zəngəzur dəhlizidir. Digər hədəfimiz bu ilin sonuna qədər Rusiya sülhməramlılarının nəzarət etdiyi bölgələrdə suverenliyimizi bərpa etməkdir.
.png)
Biz ilin sonuna qədər bunu etməliyik”-deyə, o, bildirib.
Qeyd edək ki, Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkəti paytaxt Moskvaya doğru yürüşə başlayıb.
“25 minlik ordu ilə Moskvaya doğru hərəkət edirik. Onlar bizi qarşılayıb, qucaqladılar. Sona qədər gedirik. Biz uşaq qatili deyilik. Uşaq qatili müdafiə naziri Sergey Şoyqudur.
O, 18 yaşlı uşaqları döyüş meydanına atır”- qurumun başçısı Yevgeni Priqojin Priqojin belə deyib.
Ayxan