SON XƏBƏRLƏR

İran Beynəlxalq maliyyə təşkilatının "qara siyahısı"nda qaldı

2023.06.25, 10:36
İran Beynəlxalq maliyyə təşkilatının "qara siyahısı"nda qaldı

Maliyyə Fəaliyyəti İşçi Qrupu (FATF) İranın "qara siyahı"da qaldığını elan edib və öz üzvlərindən 19 saylı tövsiyə məktubuna uyğun olaraq İranın fiziki və hüquqi şəxsləri ilə bütün maliyyə, ticarət və bank əlaqələrini məhdudlaşdırmağı tələb edib.

Gunaz.tv

Axar.az xəbər verir ki, bu barədə Maliyyə Fəaliyyəti İşçi Qrupu (FATF) saytında məlumat verilib.

Qrup yeni iclasında bəyan edib ki, İran Palermo və CFT konvensiyalarını ratifikasiya edib həyata keçirmədiyinə görə, bu ölkə Şimali Koreya və Myanma ilə birlikdə bu təşkilatın əks-tədbir siyahısında qalacaq.

Maliyyə Fəaliyyəti üzrə İşçi Qrup İranın vəziyyətinin 2020-ci ildən bəri dəyişmədiyini və fəaliyyət planını tamamlayana qədər qrupun qara siyahısında qalacağını vurğulayıb.

Digər tərəfdən, hətta İran Palermo müddəalarını və Terrorun Maliyyələşdirilməsi Konvensiyasını ratifikasiya etsə belə, FATF növbəti addımlara, o cümlədən əks tədbirlərin ləğv edilib-edilməməsinə qərar verəcək.

Çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi riski yüksək olan ölkələr FATF-ın qara siyahısına daxil edilib və nəticədə digər ölkələrin hüquqi və hətta fiziki şəxsləri ilə maliyyə əməliyyatları məhdudiyyət və problemlərlə üzləşir.

İranın adı 2020-ci ildə bu siyahıya salındıqdan sonra FATF İranla pul əməliyyatlarına geniş məhdudiyyətlər qoyub.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar