SON XƏBƏRLƏR

İrana qarşı 9-cu sanksiya paketi hazırlanıb

2023.06.26, 15:00
İrana qarşı 9-cu sanksiya paketi hazırlanıb

Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurası İrana qarşı 9-cu sanksiya paketinin tətbiq olunacağını bildirib.

Gunaz.tv

Bu barədə İsveçin xarici işlər naziri Tobias Billström açıqlama verib.

O, iyunun 26-da jurnalistlərə açıqlamasında bildirib ki, insan haqları müntəzəm pozulduğu üçün İrana 9-cu sanksiya paketi tətbiq olunacaq.

“Yeni sanksiya paketinin tətbiq olunması ilə İranda insan haqlarının pozulduğunu və bu vəziyyətin yaxşlaşmasına cəhd edəcəyimizi bildirmək istəyirik”-deyə, o, bildirib.

Qeyd edək ki, Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının aylıq yığıncağı bir neçə saat sonra İttifaqın xarici siyasətlər üzrə nümayəndəsi Cozep Borelin sədrliyi ilə Lüksemburqda keçiriləcək.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar