SON XƏBƏRLƏR

Misbahi Müqəddəmin Çinlə bağlı fikirləri narazılıq doğurdu

2023.06.26, 15:27
Misbahi Müqəddəmin Çinlə bağlı fikirləri narazılıq doğurdu

İranın Mərkəzi Bankının keçmiş direktoru Əbdül Nasir Himməti Sistemin Məsləhətini Müəyyənləşdirmə Qurumunun üzvü Qulamrza Misbahi Müqəddəmə cavab verib.

Gunaz.tv

Qeyd edək ki, Sistemin Məsləhətini Müəyyənləşdirmə Qurumunun üzvü Qulamrza Misbahi Müqəddəm bir müddət öncə İranda iqtisadiyyatın çökməsini "əhalinin çox qidalanması ilə" əlaqələndirərək deyib: “Çin, əhalisinin qündə 2 dəfə qidalanması ilə dünyanın ikinci iqtisadiyyatına çevrilib”. 

Onun sözlərinə cavab verən Himməti deyib: “1980-lərin on illiyində yoxsul Çinin dünyanın ikinci iqtisadiyyatına çevrilməsi, əhalisinin gündə iki dəfə qidalanmasına görə deyil. 

1978-ci ildə Den Spyaopin iqtidara gələndən sonra Çinin inkişafını iqtisadi böyümənin reallaşmasında gördü.

İqtisadi islahatlar aparmaqla, açıq qapılar siyasətini tətbiq etdi"-deyə, Himməti bildirib.

O, bildirib ki, Çin lideri genişmiqyasılı xarici əlaqələr qurmaqla ölkəyə sərmayə və texnologiya axınını təşkil edib və bununla da Çinin təcilli və qalıcı inkişafına nail olub.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar